Maliyyə və sığortada çalışanların maaşları azaldılıb – STATİSTİKA
2021-ci ilin yanvar-mart aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2020-ci ilin müvafiq dövrünə nisbətən 4.2 faiz azalaraq 713.2 manat təşkil edib.
Valyuta.az DSK-ya istinadən xəbər verir ki, ölkədə maliyyə və sığorta sahəsi üzrə çalışanların orta aylıq əməkhaqqları azalıb.
Belə ki, 2021-ci ilin yanvar-mart aylarında maliyyə və sığorta sahəsində işləyənlərin orta aylıq əməkhaqqları 1 633.1 manat, dövlətdə çalışanlarda 1 736.5 manat, özəldə çalışanların isə 1 605.5 manat olub.
2020-ci ilin müvafiq aylarında isə maliyyə və sığorta sahəsində işləyənlərin orta aylıq əməkhaqqları 1 707.6 manat, dövlətdə çalışanlarda 1 766.7 manat, özəldə çalışanların isə 1 693.9 manat olub. Belə ki, illik müqayisədə dövlətdə çalışanların orta aylıq əməkhaqları 30.2 manat, özəldə çalışanların isə 88.4 manat azalıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay