Azərbaycanda ağıllı subartezian quyularının sayı AÇIQLANDI
Azərbaycanda 321 ədəd ağıllı subartezian sistemləri mövcuddur.
Valyuta.az Trend.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndəsi Dilqəm Şərifov bildirib.
Onun sözlərinə görə, bu subartezian quyularının digərlərindən fərqi ondandır ki, burda SCADA sistemi quraşdırılıb:
“Meliorasiya və Su Təsərrüfatı ASC olaraq nəzarətimizdə 8200-dən artıq subartezian quyusu var və hər biri işlək vəziyyətdədir. 2018-ci ildən bu günə kimi yeni qazılmış və istifadəyə verilmiş quyuların bir çoxuda SCADA sistemi quraşdırılıb. Onların sayı bu günə görə, 321 ədəddir. Bu sistem vasitəsi ilə su quyuları uzaqdan kameralar vasitəsi ilə nəzarət olunur, söndürülür-yandırılır, suyun verilməsi və bitməsi üçün vaxt limiti qoyulur. SCADA sistemi həm enerji həm də su itkisinin qarşısının alması üçün vacib bir sistemdir”.
D.Şərifov qeyd edib ki, SCADA sistemi 14 rayonda var, bəzi hallarda isə onun onun quraşdırılmasında problemlər yaranır:
“Sistem Ağcabədi, Ağdam, Tovuz, Samux, Goranboy, Şəmkir və digər rayonlarımızda var. Quyular həm bölgədə, həm də sahələrdə olduğu üçün SCADA sisteminin quraşdırılması bəzən problemli olur. İnternetin olmaması və bəzən enerjinin kəsilməsi bu problemləri yaradır”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay