Bu il Azərbaycanda açılan yeni iş yerlərinin sayı AÇIQLANIB
2021-ci ilin I rübü ərzində ölkədə 13,2 min yeni iş yerləri açılıb.
Dövlət Statistika Komitəsindən Valyuta.az-a verilən məlumata görə, bu dövrdə yaradılmış iş yerlərinin 87,6 faizi qeyri-dövlət sektorunda açılıb.
Yeni iş yerlərinin 79,9 faizi Bakı şəhərinin, 0,5 faizi Naxçıvan Muxtar Respublikasının, 19,6 faizi digər regionların, o cümlədən 4,5 faizi Abşeron, 4,0 faizi Gəncə-Qazax, 3,3 faizi Aran, 2,5 faizi Şəki-Zaqatala, 2,5 faizi Quba-Xaçmaz, 1,0 faizi Lənkəran, 0,7 faizi Dağlıq Şirvan iqtisadi rayonlarının payına düşüb.
Yeni açılmış iş yerlərinin 10,9 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 85,5 faizi mövcud müəssisə və təşkilatlarda, 0,4 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 3,2 faizi isə digər tədbirlər üzrə yaradılıb.
Hüquqi şəxslər tərəfindən yaradılmış iş yerlərinin 21,4 faizi tikinti, 21,1 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,0 faizi emal sənayesi, 10,5 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 5,2 faizi peşə, elmi və texniki fəaliyyət, 4,0 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 3,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,9 faizi maliyyə və sığorta fəaliyyəti, 2,7 faizi təhsil, 2,5 faizi digər sahələrdə xidmətlərin göstərilməsi, 2,3 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 2,1 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar, 1,8 faizi informasiya və rabitə, 5,0 faizi isə digər iqtisadi fəaliyyət növləri üzrə açılıb.

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay