Xəbər
19.05.2021 / 15:54
Bu il xaricdən alınan balıq və dəniz məhsullarının həcmi açıqlanıb
12431
Bu ilin yanvar-aprel aylarında Azərbaycana idxal olunan balıq və dəniz məhsullarının dəyəri artıb.
Dövlət Gömrük Komitəsindən Valyuta.az-a bildirilib ki, ilin ilk 4 ayında ölkəyə dəyəri 10 milyon 130 min ABŞ dolları təşkil edən balıqlar və xərçəngkimilər, molyusklar və digər su onurğasızları idxal edilib.
Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 44% çoxdur.
Hesabat dövründə ölkədən ixrac olunan balıq və dəniz məhsullarının dəyəri cəmi 622 min dollar təşkil edib ki, bu da illik ifadədə 34.3% çoxdur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay