Məktəblərdə ödənişsiz günüuzadılmış qrupları yaradılacaq – TƏHSİL NAZİRLİYİ
Dövlət ümumi təhsil müəssisələrində günüuzadılmış qrupların təşkili qaydası təsdiq edilib.
Valyuta.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin Kollegiyası qərar verib.Qərara əsasən, bu Qayda dövlət ümumi təhsil müəssisələrində günüuzadılmış qrupların təşkilini tənzimləyir.
Qrup ibtidai sinif şagirdlərinin proqram materiallarını səmərəli mənimsəmələrinə, təlim nailiyyətlərinin yaxşılaşdırılmasına, dünyagörüşünün formalaşdırılmasına, idraki və kommunikativ bacarıqlarının inkişafına dəstək məqsədilə məktəbdə yaradılacaq.
Qrupun komplektləşdirilməsi qaydasında bildirilir ki, qrup məktəbin tədris - maddi bazası imkan verdiyi halda valideynlərin (digər qanuni nümayəndələrin) yazılı ərizələri əsasında I-IV sinif şagirdlərindən təşkil olunacaq.
Şagirdin qrupa qəbulu və qrupdan xaric edilməsi valideynin (digər qanuni nümayəndənin) ərizəsi əsasında direktorun əmri ilə həyata keçiriləcək. Şagird qrupa tədris ilinin əvvəlində həmin tədris ili müddətinə qəbul edilir və hər qrupda şagird sayı 20-25 nəfərdən ibarət komplektləşdiriləcək. Qrup ödənişsiz əsaslarla fəaliyyət göstərəcək.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay