DVX 2,5 milyon manatlıq 2 tenderə yekun vurdu – QALİBLƏR AÇIQLANDI
Dövlət Vergi Xidməti kassa sisteminin təkmilləşdirilməsi ilə bağlı elan etdiyi 2,5 milyon manatlıq 2 tenderə yekun vurub.
Valyuta.az vahid dövlət satınalmaları portalına xəbər verir ki, tenderlərin qalibi Rusiyaya məxsus "Nuqa Development" MMC, eləcə də yerli “Caspel” MMC-dir.
Qalib şirkətlərə müvafiq olaraq 986 min manata və 1,483 milyon manat, ümumilikdə isə 2,469 milyon manat ödəniləcək.
Qeyd edək ki, bir müddət əvvəl DVX "Proqram kassa sisteminin avtomatlaşdırılmış informasiya sistemi" proqram təminatının təkmilləşdirilməsi və ona texniki dəstəyin göstərilməsi (1), eləcə də informasiya texnologiyaları üzrə tələb olunan avadanlıqlara, proqram təminatlarına, onların lisenziyalarına texniki dəstək, quraşdırma, qurulma və sazlanma işlərinin yerinə yetirilməsi (2) ilə bağl 2 açıq tender elan etmişdi.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay