Qarabağın su təminatı ilə bağlı Dövlət Proqramı hazırlanıb
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC işğaldan azad olunmuş ərazilərdə meliorasiya və su təsərrüfatı kompleksinin bərpası, eləcə də inkişafı üzrə Dövlət Proqramı hazırlayıb.
Valyuta.az xəbər verir ki, bunu qurumun sədr müavini Zakir Quliyev bildirib.
Proqramın məqsədi barədə məlumat verən Z.Quliyev bildirib ki, Dağlıq Qarabağın ətrafındakı, uzun illər erməni təcavüzünə məruz qalmış ərazilərdə suvarılan torpaqların kənd təsərrüfatında istifadəsinə şərait yaratmaq üçün ilkin mərhələdə melioarsiya və su təsərrüfatı obyektlərinin təmir-bərpası ilə onların iş rejimlərinin bərpası həyata keçiriləcək.
Onun sözlərinə görə, sonrakı mərhələdə bu obyektlərin müasir səviyyədə yenidən qurulmasına və inkişafına nail olmaqla idarə edilməsinin səmərəli təşkili aparılacaq:
“Bu il səhmdar cəmiyyəti meliorasiya və su təsərrüfatı obyektlərinin tikintisi, yenidənqurulması işlərinin davam etdirilməsi üzrə təkliflərini aidiyyəti qurumlara təqdim edib".
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay