AMB-dən banklara tövsiyə: ödənişlər iyulun 1-dək təxirə salınsın
Azərbaycan Mərkəzi Bankı (AMB) kredit təşkilatlarının fəaliyyətinin müvəqqəti tənzimlənməsinə dəstək alətlərinin qüvvədə olma müddətini 1 iyul 2021-ci il tarixinə qədər uzadıb.
AMB-dən Valyuta.az-a bildirilib ki, daha əvvəl bu alətlərin 1 aprel 2021-ci ilə qədər tətbiq edilməsi planlaşdırılmışdı.
Alətlər sistem əhəmiyyətli bankların və digər bankların məcmu kapitalın adekvatlıq əmsalı tələbinin azaldılmasını (müvafiq olaraq 11%-dən və 9%-dən az) nəzərdə tutur. Kontr-tsiklik kapital buferi 0,5%-dən 0%-ə qədər azaldılır. Eyni zamanda, istehlak kreditləri üzrə əlavə kapital tələbləri də təxirə salınır.
Bundan başqa, bankların öz vəsaitləri hesabına verilən ipoteka kreditlərinin risk əmsalı 100%-dən 50%-ə endirilir.
AMB, həmçinin banklara ötən illərin yekunları üzrə dividendlərin ödənilməsini 1 iyul 2021-ci il tarixinə qədər təxirə salmağı tövsiyə edir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay