Xəbər
06.05.2021 / 09:49
Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi başlayıb
12004
Mayın 5-dən Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə start verilib.
Valyuta.az xəbər verir ki, bu barədə qurumun ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov açıqlama yayıb.
C.Valehov müsabiqənin elektron sənəd qəbulu 5-16 may tarixlərində keçiriləcəyini qeyd edib.
“Vətəndaşlar Təhsil Nazirliyinin “Whatsapp” hesabı vasitəsilə müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə dair suallara cavab tapa biləcəklər” – nazirlik rəsmisi diqqətə çatdırıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay