Bu tələbələrin təhsil haqları dövlət tərəfindən ödəniləcək – Nazir açıqladı
Cənab Prezidentin müvafiq tapşırığı əsasında sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin yarımillərə aid təhsil haqqı xərclərinin ödənilməsinə dair Nazirlər Kabineti tərəfindən qəbul edilən qərara dəyişiklik edildi.
Valyuta.az xəbər verir ki, bu barədə Təhsil naziri Emin Əmrullayev açıqlama verib.
Nazir bildirilb ki, qərarda edilən yeni dəyişikliyə görə, 2020/2021-ci tədris ilinin yaz semestri (yarımili) üzrə də sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan və ödənişli təhsil alan tələbələrin təhsil haqqı xərcləri dövlət tərəfindən ödəniləcək.
“Bu məqsədlə 14 milyon manat vəsaitin ödənilməsi nəzərdə tutulur. 2019/2020-ci tədris ilinin 2-ci yarımilində 15.209, 2020/2021-ci tədris ilinin 1-ci yarımilində 15.900 nəfərin təhsil haqqı ödənilmışdir. 2020-ci ildə ümumilikdə 20.800 tələbə bu imkandan yararlanıb” – deyə nazir qeyd edib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay