İcra başçısının danlanmasına səbəb olan park abadlaşdırılır - FOTO
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevə iradlarından sonra rayon ərazisində yerləşən "EKO park"da abadlaşdırma işlərinə başlanılıb.
Valyuta.az Report.az-a istinadən xəbər verir ki, park ərazisində antisanitar vəziyyətin qarşısı alınıb. Abadlaşdırma işləri çərçivəsində parkda tullantı suları üçün yeni drenajlar qurulur.
Eyni zamanda, orada eldar və geparis şamları əkilib.
Ümumi sahəsi 6 hektardan çox olan parkda 1150 ağac əkilib və daha 2000 ağacın əkilməsi nəzərdə tutulur.
Məlumata görə, parkdakı 6 atraksion yenilənəcək və parka daimi nəzarət üçün mühafizəçilər ayrılacaq.
Qeyd edək ki, EKO park 2014-cü ildə əvvəllər köhnə yod zavoduna aid olan ərazidə salınıb. O vaxtdan bəri açılışı olmayan park bərbad vəziyyətdə idi.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay