Xəbər
03.05.2021 / 13:35
Torpaqdan istifadəyə dair tələblər dəyişir – Məcəlləyə dəyişiklik edilir
11825
Axtarış və kəşfiyyat işləri üçün torpaq sahəsindən istifadəyə dair tələblərə dəyişiklik edilir.
Valyuta.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu, Torpaq Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, yerquruluşu və kadastr işləri istisna olmaqla, torpaqlarda geoloji, axtarış və kəşfiyyat, neft və qaz kəşfiyyat-qazma işlərinin aparılmasına icazə “Lisenziyalar və icazələr haqqında” qanuna uyğun olaraq veriləcək.
Qüvvədə olan Məcəlləyə əsasən, icazəni müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə həmin işlərin aparılması üçün layihə sənədlərində nəzərdə tutulan müddətə verirlər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay