Xəbər
29.04.2021 / 16:05
Azərbaycanda audit xidməti bahalaşıb
11685
2020-ci ildə Azərbaycanda fəaliyyət göstərən 55 sərbəst auditor və 116 auditor təşkilatı təsərrüfat subyektləri ilə 5 056 müqavilə imzalayıb.
Valyuta.az Report.az-a istinadən xəbər verir ki, bu müqavilələrin ümumi dəyəri 77 milyon manat olub.
2019-cu illə müqayisədə müqavilələrin sayı 21,6% azalıb, dəyəri isə 5,3% artıb. Başqa sözlə, ölkədə audit xidməti bahalaşıb.
Bağlanmış müqavilələrdən 53,8 milyon manatlıq hissəsi və 4 103-ü yerinə yetirilib ki, bu da illik müqayisədə müvafiq olaraq 9,6% az və 21,2% çoxdur.
4 103 müqavilədən 2 198-i və yaxud 53,6%-i məcburi auditin, 1 905-i və yaxud 46,4%-i isə könüllü auditin subyekti olub. İl ərzində ölkə üzrə 4 512 məcburi audit subyektindən 2 198-i (48,7%) auditdən keçib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay