Xəbər
27.04.2021 / 17:42
Krevetlərin ovlanması kvota ilə olmalıdır – Nazirlik
11551
“Dənizdə olan krevetlərin ovlanmasında kvotalar var”.
Valyuta.az Report.az-a istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin Bioloji Resursların Tədqiqatı Mərkəzinin direktoru Mehman Axundov “Ekspert saatı”nda çıxışı zamanı deyib.
O qeyd edib ki, Xəzər dənizinin Azərbaycan sektorunda Abşerondan başlayaraq cənub hissəyə qədər krevetlər üçün əlverişli yerlər mövcuddur:
“Yəni həmin ərazilərdə krevetlər çoxdur. Təbii ki, ovlanma icazə və kvota əsasında olmalıdır”.
M.Axundov vurğulayıb ki, dəniz xərçənglərinə isə daha çox Xəzərin Azərbaycan sektorunun şimal hissəsində rast gəlinir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay