Xəbər
26.04.2021 / 17:27
Tovuzun bu kəndlərinə içməli su xətti çəkilir – “Azərsu”
11479
Tovuz rayonunun Düz Cırdaxan və Cəlilli kəndlərində 8 nömrəli Regional Sukanal İdarəsinin Təmir-tikinti və quraşdırma sahəsi tərəfindən içməli su layihəsi həyata keçirilir.
“Azərsu” ASC-dən Valyuta.az-a bildirilib ki, Düz Cırdaxan və Cəlilli kəndlərinə içməli suyun Tovuz şəhərinin şəbəkəsindən verilməsi layihələndirilib.
Bu məqsədlə Düz Cırdaxan kəndindən keçməklə Cəlilli kəndinə qədər 3,7 kilometr uzunluğunda magistral kəmərin, eyni zamanda, kəndlərdə 2 kilometr paylayıcı su xətlərinin və əhalinin ümumi istifadəsi üçün 19 ədəd bulağın quraşdırılması nəzərdə tutulur.
Hazırda magistral kəmərin tikintisi davam etdirilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay