Xəbər
26.04.2021 / 16:25
İcra başçısı Bakıya gətirildi: DTX tərəfindən SAXLANILIB - FOTO
11474
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan Alimpaşa Məmmədov Bakıya gətirilib.
“Qafqazinfo” xəbər verir ki, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı A. Məmmədov bu gün DTX əməkdaşları tərəfindən saxlanılıb. Hazırda A.Məmmədovun DTX-nin inzibati binasında dindirildiyi bildirilir.
Qeyd edək ki, bu gün Şəmkir Rayon İcra Hakimiyyətində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən əməliyyat keçirilib. Əməliyyat nəticəsində icra başçısından əlavə onun birinci müavini, hazırkı təhsil şöbəsinin müdiri Qüdrət Əliyev, baş memar İlqar Quliyev, şəhər icra nümayəndəsi Pərviz İbrahimov və mənzil-kommunal istismar idarəsinin rəisi Teymur Hacıyev saxlanılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay