BAKU Azərbaycan
12.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
11377

“Rəqəmsal ödənişlərin inkişafı və qlobal pandemiya ilə əlaqədar olaraq elektron ticarət əməliyyatlarının həcmində müşahidə edilən kəskin artım fonunda ötən dövrdə kart istifadəçisinə aid olan məlumatların müxtəlif üsullarla ələ keçirilməsi və nəticədə pul vəsaitlərinin səlahiyyətsiz formada mənimsənilməsi halları müşahidə edilib”.

Valyuta.az xəbər verir ki, bu barədə ödəniş kartları ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə dair Azərbaycan Banklar Assosiasiyasının (ABA) məlumatında deyilir.

ABA bank müştərilərini ehtiyatlı olmağa çağırıb: “Mərkəzi Bank ilə birgə ABA tərəfindən banklarla bu sahədə birgə fəaliyyət koordinasiya edilərək, müxtəlif üsullardan, o cümlədən seminarların təşkili, mətbuat açıqlamaları, videoçarxlardan istifadə edilməklə cəmiyyətdə maliyyə savadlılığının yüksəldilməsi üzrə addımlar atılıb.

Təəssüf ki, həyata keçirilən tədbirlərə baxmayaraq, ənənəvi üsullarla kart məlumatlarının fırıldaqçılar tərəfindən ələ keçirilməsi halları yenidən artmaqdadır. Belə ki, fırıldaqçılar məhsul və xidmətlərin alışı müqabilində etibarlı alıcı qismində çıxış edərək ödənişin həyata keçirilməsi, habelə bank adından çıxış edərək müxtəlif bəhanələrlə, o cümlədən, ödəniş kartı rekvizitlərinin yoxlanılması, yeni bank xidmətinə qoşulma adı altında kart istifadəçisinə məxsus ödəniş kartı məlumatlarını əldə edirlər. Bu üsulla ödəniş kartının üzərində əks olunan 16 rəqəmli nömrə, qüvvədə olma tarixi və CVV kod ilkin mərhələdə əldə edilir. Müştərinin “3D Secure” xidmətinə qoşulduğu təqdirdə, əməliyyatın başa çatdırılması üçün sonradan SMS məlumatlandırma əsasında əldə edilən birdəfəlik şifrə kart istifadəçisindən alınır. Ödəniş kartı ilə əməliyyatın aparılması zamanı kart istifadəçisi tərəfindən qorunmalı olan bütün zəruri məlumatlar daxil edildiyindən sonradan pul vəsaitinin geri ödənilməsi mümkün olmur”.

Assosiasiya kart istifadəçiləri olan hörmətli bank müştərilərinin bilməli olduğu məlumatları da paylaşıb:

“Ödəniş kartınıza pul vəsaitinin köçürülməsi üçün ödəniş kartının üzərində olan 16 rəqəmli nömrə kifayətdir. Heç bir halda ödəniş kartının FİN kodunu, son bitmə tarixini, kartın arxasında yerləşən CVV (3 rəqəmli) kodu, SMS məlumatlandırma əsasında əldə etdiyiniz birdəfəlik şifrəni (4 və ya 6 rəqəmli) digər şəxslərə, hətta bank əməkdaşlarına və ya özünü bank əməkdaşı qismində təqdim edən şəxslərə təqdim etməyin. Qeyd olunan məlumatların kənar şəxslərə təqdim edilməsi kart hesabınızdan vəsaitin silinməsinə səbəb ola bilər.

Yadda saxlayın ki, bank(lar) tərəfindən telefon zəngləri və ya digər formada ödəniş kartına dair məlumatların təqdim olunması ilə bağlı kart istifadəçilərinə müraciətlər edilmir. Belə hallarla qarşlaşdığınız zaman dərhal ödəniş kartının üzərində olan əlaqə telefonları ilə əlaqə saxlayın.

Fırıldaqçılıq halları ilə əlaqədar əhalinin məlumatlandırılması məqsədilə Mərkəzi Bank, Azərbaycan Banklar Assosiasiyası, Beynəlxalq Maliyyə Korporasiyası və Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondunun (SBFIC) birgə əməkdaşlığı çərçivəsində animasiya formasında videoçarx hazılanıb.

Sözügedən videoçarxı keçiddən əldə edə bilərsiniz: //www.youtube.com/watch?v=H9wW286qVzc&t=4s.

Ölkəmizdə əhalinin maliyyə savadlılığı səviyyəsinin artırılmasına xüsusi önəm verərək, ABA ictimaiyyəti fırıldaqçıların qurbanına çevrilməmək üçün diqqətli olmağa çağırır. Bu baxımdan, həm yuxarıda qeyd olunan sxem üzrə fərdi məlumatların fırıldaqçılara ötürülməsi halları, həm də rəsmi lisenziyası və ya dövlət qeydiyyatı olmadan fəaliyyət göstərən, aktiv reklam kampaniyaları keçirərək yüksək və asanlıqla əldə oluna gəlirlilik vəd edən “maliyyə piramidası” tipli təşkilat və ya layihələrə investisiyalar üzrə maliyyə itkisi risklərinin adekvat qiymətləndirilməsi olduqca önəmlidir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"BYD" Türkiyədə Çin məhəlləsi qurur - 1 milyard dollarlıq invstisiya

Universitetlərimiz beynəlxalq reytinqlərə düşmək üçün nə etməlidir?

Dünyada ən çox satılan 30 elektromobil markası – Siyahı

"Jeep" keçmiş brendini yenidən canlandıracaq

Bukingem sarayı 3 il müddətinə bağlanacaq

Bakının bu ərazisində işıq kəsiləcək

Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı?

Elon Mask üçüncü dünya müharibəsi barədə fikirlərini bölüşüb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

"The Sunday Times": Ukrayna "ölümcül soyuqlar"la üzləşəcək

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin