Yeni aldığı avtomobilin texniki baxışı və sığortası olmadığı üçün cərimə gəldi, DYP qanunidir dedi
Avtombilin icbari sığorta və texniki baxış müqaviləsi olsa da, sürücüyə bununla bağlı elektron cərimə protokolu tərtib edilib.
Xezerxeber.az bildirir ki, hadisə Şirvan sakini Alim Mahmudovun başına gəlib.
Vətəndaş may aynda Şəmkir rayonundan mikroavtobus alıb. Avtomobili alarkən sahibi ilə razılığa gəlib ki, avtomobili nömrəsiz alacaq və onu yeni qeydiyyat nömrə nişanı ilə təmin edəcək.
Alim Mahmudov deyir ki, bu razılıq əsasında da, 30 may 2024-cü il tarixində Şəmkir rayonuna gedərkən idarə etdiyi 99-SD-057 qeydiyyat nömrə nişanlı avtomobilə ayrı-ayrı vaxtlarda avtomobilin texniki baxış və sığorta müqaviləsinin olmamasına görə elektron cərimə protokolu gəlib. İddiasına görə, avtomobilin həm sığorta, həm də texniki baxışı olub.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay