Qiymətlər artdı, bəs keyfiyyət? - Paytaxtın taksi problemi
Bakıda taksilərdə gediş-gəlişin qiyməti artsa da, keyfiyyəti dəyişməz olaraq qalır.
Xezerxeber.az-ın məlumatına görə, ötən ayla müqayisədə qısa məsafə üçün iki-üç manat tələb olunurdusa, indi eyni məsafəyə görə ikiqat ödəniş tələb olunur.
Ekspertler isə deyirlər ki, taksi fəaliyyətinin təkmilləşdirilməsi bu sahədəki islahatlarla eyni aparılmır. Yeni qərar taksi sayını azaldıb. Buna görə də, qiymət artımı qaçılmazdır.
Digər bir məsələ isə bəzi taksi şirkətlərinin sürücülərinin kartla olan sifarışlərdən imtina etməsidir.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyndən (AYNA) isə bildirilib ki, bu günə kimi taksi fəaliyyəti göstərmək üçün 4000-ə yaxın icazə vərəqəsi verilib. Yeni qaydaların qüvvəyə minməsi ilə taksi xidməti sahəsi tənzimlənəcək və peşəkar əmək bazarı formalaşacaq.
Ətraflı süjetdə:
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay