BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.7694
  • RUB
    1.6958
  • TRY
    0.0482
  • GBP
    2.1288
62310

İşlədiyim müəssisədə yemək xərcinin əvəzi (5 manat) birbaşa işçilərə ödənilir. Ödənilmiş məbləğlər Vergi Məcəlləsinin 109.3-cü maddəsinə və Nazirlər Kabinetinin “Nümayəndəlik xərclərinin, işçilərin mənzil və yemək xərclərinin, eləcə də əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə verilən müalicə-profilaktik yeməklərlə, süd və ona bərabər tutulan digər məhsullar və vasitələrlə bağlı xərclərin vergitutma məqsədləri üçün gəlirdən çıxılması Normaları və Qaydası”nın 2.1.3-cü bəndinə əsasən gəlirdən çıxılan xərclərə aid edilir. Bəs işçilərə ödənilən 5 manat yemək xərcinə görə işçilərdən gəlir vergisi tutulmalıdırmı?

Valyuta.az  İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, Vergi Məcəlləsinin 98.1-ci maddəsinə əsasən, fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir - əməkhaqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir. Vergi Məcəlləsinin 98.2.3-ci maddəsinə əsasən, bu Məcəllənin 119.2-ci maddəsində nəzərdə tutulmuş xərclər istisna olmaqla, işçinin xərclərinin əvəzi ödənildiyi halda - ödənilən vəsaitin məbləği muzdlu işdən gəlir hesab edilir.

Xidmətdən bildirilib ki, Vergi Məcəlləsinin 119.2-ci maddəsində nümayəndəlik xərcləri, işçilərlə bağlı mənzil və yemək xərcləri, eləcə də əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə verilən müalicə-profilaktik yeməklər süd və ona bərabər tutulan digər məhsullar və vasitələrlə bağlı xərclər qeyd olunub.

Nazirlər Kabinetinin yuxarıda qeyd olunan qərarı ilə təsdiq edilmiş Qaydanın 2.1-ci bəndinə əsasən, işçilərlə bağlı yemək xərcləri, eləcə də əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə verilən müalicə-profilaktik yeməklər, süd və ona bərabər tutulan digər məhsullar və vasitələrlə bağlı xərclər norma daxilində vergitutma məqsədləri üçün gəlirdən çıxılan xərclərə aid edilir.

Qaydaya əsasən, işçilərlə bağlı yemək xərclərinin hər bir işçi üzrə gəlirdən çıxılan gündəlik norması yemək xərclərinin əvəzi birbaşa işçiyə ödənildikdə - 5 (beş) manat, iaşə xidməti işəgötürənin özü tərəfindən təmin edildikdə və ya ictimai iaşə fəaliyyəti göstərən digər vergi ödəyicisindən alındıqda - 5 (beş) manat məbləğində təyin olunub. Həmçinin, yemək xərclərinin əvəzi nağdsız qaydada birbaşa işçiyə ödənildikdə gəlirdən çıxılan xərclərə aid edilir.

Nəzərinizə çatdırırıq ki, norma daxilində ödənilən yemək xərcləri işçinin gəliri hesab edilmir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

ANAMA-nın 1 milyonluq tenderi ləğv edildi - Maliyyə vəsaiti yoxdur

Məşhur kriptovalyuta şirkətinin qurucusu ABŞ-a ekstradisiya ediləcək

"Medservis" 8 000 manat cərimələnə bilər

"DİBA" şirkəti inzibati məsuliyyətə cəlb edildi

Ukraynanın dövlət borcu rekord həddə çatıb

"BYD" fabrikində insan alveri qalmaqalı

Dövlət agentliyi məhkəmə qarşısında

Bakı Ağır Cinayətlər Məhkəmə kompleksinin inşası neçəyə başa gələcək?

Milli Kitabxanadan yarım milyon manatlıq satınalma

"Xəzər Elektron"a niyə protokol tərtib olunub?

"OpenAI" daha çox kapital cəlb etmək üçün yeni struktur planlarını açıqladı

Məşhur serialın yeni mövsümü Koreya şirkətlərinin səhmlərini aşağı salıb

"Konfirom" MMC-yə xəta protokolu

Məşhur şirkətin Azərbaycan nümayəndəliyinə protokol tərtib olunub

Paytaxtın 6 müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

Dövlət Neft Fondunun 2025-ci il büdcəsi təsdiqlənib

Dövlət Neft Fondunun 2025-ci il büdcəsi təsdiqlənib

AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı Rusiyada cinayət işi açılıb

“Aqrar Sığorta”nın biznes itkiləri 2,3 mln. manatı ötüb

Vardanyanın cinayət işi məhkəməyə göndərilib

Dövlət başçısı: AZAL-ın təyyarəsi Rusiyanın hava məkanında kənar müdaxiləyə məruz qalıb

Vətəndaşları işə bərpa etmək, təqaüd, sosial yardım düzəltmək vədi ilə aldadan şəxs saxlanılıb

Prezident: Təyyarə qəzasının araşdırılması üçün beynəlxalq ekspertlərdən heyət fəaliyyətə başlayıb

Azərbaycan bu il ikitərəfli və çoxtərəfli əsasda 40 ölkə ilə 204 sənəd imzalayıb

203 milyard sərmayə, 1,6 milyon iş yeri... - Cənubi Koreya TSMC-yə rəqib yaradır

Putin Azərbaycan Prezidentinə zəng edib, təyyarə qəzasına görə üzrxahlığını bildirib

Putin Azərbaycan Prezidentinə zəng edib, təyyarə qəzasına görə üzrxahlığını bildirib

Sərhədin 13 km-nin delimitasiyası aparılıb -RƏSMİ

Bu il 45 namizəd XİN sistemində diplomatik vəzifələrə təyin edilib

Azərbaycan XİN: Türkiyədə 3461 nəfərə ümumvətəndaş pasportu təqdim edilib

İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ixracatçılara müraciət edib

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin