BAKU Azərbaycan
14.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.843
  • 1 Rusiya rublu
    0.0175
  • 1 Türkiyə lirəsi
    0.0497
  • 1 İngiltərə funt sterlinqi
    2.2138
57425

Mən ölkədaxili bilik yarışından pul şəklində (nağd) mükafat qazanmışam. Ancaq həmin məbləğə görə hansı vergiləri ödəyəcəyimi bilmirəm. Bu mükafat neçə faiz vergiyə cəlb olunur? Ödəmə mənbəyində vergi ödənilməlidirsə, bu vergi kimdən və necə tutulur?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 101.5-ci maddəsinə əsasən, idman mərc oyunlarından, lotereyalardan, habelə digər yarışlardan və müsabiqələrdən pul şəklində əldə edilən uduşlardan (mükafatlardan) iştirakla bağlı ödənilən pul vəsaiti (pul qoyuluşu) çıxılmaqla qalan məbləğdən (Azərbaycan Respublikasının hüdudlarından kənarda təşkil edilən mərc oyunlarından, lotereyalardan, yarışlardan və müsabiqələrdən əldə edilən nağd pul vəsaiti istisna olmaqla) 10 faiz dərəcə ilə vergi tutulur.

Vergi Məcəlləsinin 102.1.15-ci maddəsinə əsasən, yarışlarda və müsabiqələrdə əşya şəklində alınan mükafatların tam dəyəri, beynəlxalq yarışlarda (idman yarışları istisna olmaqla) və müsabiqələrdə pul şəklində alınan mükafatların dəyəri 4000 manatadək, respublika, regional, şəhər və rayon yarışlarında (idman yarışları istisna olmaqla) və müsabiqələrində isə 200 manatadək gəlir vergisindən azaddır.

Vergi Məcəlləsinin 150.1.11-ci maddəsinə əsasən, idman mərc oyunlarından, lotereyalardan, digər yarışlardan və müsabiqələrdən gəlir (mükafat) rezident hüquqi şəxs və fərdi sahibkarlar tərəfindən ödənildiyi halda ödəməni həyata keçirən şəxslər, həmin gəlirlər Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezident şəxslər tərəfindən ödənildikdə, bu gəliri əldə edən şəxsin bank və digər ödəniş hesabının olduğu yerli ödəniş xidməti təchizatçısı və ya xarici ödəniş xidməti təchizatçısının Azərbaycan Respublikasındakı filialı tərəfindən ödəmə mənbəyində vergi tutulmalıdır.

Ətraflı məlumat əldə etmək üçün Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 101-ci, 102-ci, 150-ci maddələri.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Qazın, işığın və suyun tez-tez kəsilməsi istehlakçıların hüququnu POZUR? - HÜQUQİ İZAH

Kimlər üçün dəfn pulu verilmir?

Daşınmaz əmlakla bağlı bədbəxt hadisə olarsa, sığorta məbləğini hansı qurum qarşılayacaq? - AÇIQLAMA

Yeni “iPhone 16” rekord sürətlə ucuzlaşır - SƏBƏB

Ölkəyə avtomobil idxalının azalması qiymətlərə necə təsir edir?

"Azəriqaz"ın əməkdaşı vətəndaşdan İran sobasına görə sertifikat TƏLƏB EDƏ BİLƏR?

Dünyada toyuq əti istehsalı rekord səviyyəyə çatıb

Bilik yarışında qazanılan mükafat vergiyə cəlb olunurmu?

Son 10 ildə azərbaycanlılar Türkiyədən 10 min 370 mənzil alıblar

Son 10 ildə azərbaycanlılar Türkiyədən 10 min 370 mənzil alıblar

Gürcüstanın xarici dövlət borcu 9 milyard dolları keçib

Dünyanın ən bahalı maddəsi: Qramı 297 milyon manatdır

Şuşada 32 il sonra ilk körpə dünyaya gəlib (FOTO)

Maskın Trampa dəstək üçün xərclədiyi məbləğ AÇIQLANDI

Kimləri işdən çıxarmaq olmaz?

Növbə universitetlərdə: Müəllim və tələbələri nə gözləyir?

Azərbaycanda ərzaq qiymətləri hansı istiqamətdə dəyişəcək?

Bəzi rayonlarda şimşək çaxıb, leysan və qar yağıb - FAKTİKİ HAVA

İlon Mask dünyanı təəccübləndirdi: Şarj etmədən işləyən telefon təqdim edildi

İlon Mask dünyanı təəccübləndirdi: Şarj etmədən işləyən telefon təqdim edildi

"Wi-Fi"dan təhlükəsiz istifadə qaydaları açıqlanıb

Bu gün PMS imtahanının II mərhələsi keçiriləcək

Bu gün Zəngilanın azad olunmasından 4 il ötür

"Nvidia"nın səhmləri daha 40 faiz artacaq - PROQNOZ

9 ayda gümüş istehsalımız 720 kiloqram azalıb

Yeniyetmələrin tütündən istifadəsi 25 illik minimuma enib

Azərbaycanın avtomobil istehsalı 70 %-dən çox artıb

BMT: Dünya əhalisinin 1,1 milyardı yoxsulluq içində yaşayır

Alkoqollu içkilərin qiyməti ilə bağlı yenilik

Bakıda bu məktəbə direktor təyin edildi

Böyük şəhər bələdiyyəsi parlamentdə: Komitə sədrindən üç şəhərlə bağlı təklif

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin