Türkiyə turist qəbulu prosedurunda dəyişiklik edəcək
Türkiyə turistlərin ölkəyə girişinə icazə veriləcəyi təqdirdə onların gəldikləri ölkələrdə yeni növ koronavirusa (COVID-19) yoluxmadakı gündəlik artımı və vaksinasiya proqramlarını nəzərə alacaq.
“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy BBC telekanalının efirində bildirib.
Nazirin sözlərinə görə, azı aprelin 15-dək Türkiyəyə səfər edərkən PZR testinin mənfi nəticəsi tələb olunacaq.
“15 apreldən sonra yoluxmadakı gündəlik artımı nəzərə alacağıq. Gündəlik artımın azalması halında mənfi nəticəli PZR testi tələb olunmayacaq”, - Ersoy deyib.
Nazir həmçinin koronavirusa yoluxma hallarının gündəlik artımının azalmasına səbəb olan Britaniyanın peyvənd proqramının tətbiqinin effektivliyini qeyd edib.
Ersoy qeyd edib ki, bu günə qədər Türkiyədə 11 milyondan çox insan aşılanıb, aprel ayının sonuna qədər bu rəqəm 50-60 milyona yüksələcək. “Bu, gündəlik yoluxma hallarının sayında azalmaya səbəb olacaq və Türkiyəyə gələn turistlər özlərini daha təhlükəsiz mühitdə hiss edəcəklər”, - o bildirib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay