Turizm
17.03.2021 / 14:56
Pandemiya turizm sektoruna ciddi zərər vurub - RƏSMİ
9302
Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar 2020-ci ilin mart ayından başlayaraq turizm sektorunda yaranmış tənəzzül hələ də davam etməkdədir.
Valyuta.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, cari ilin yanvar-fevral aylarında ictimai iaşə dövriyyəsi 2020-ci ilin eyni dövrü ilə müqayisədə 2,9 dəfə azalaraq 78,1 milyon manat olub.
Özəl sektorda ictimai iaşə dövriyyəsinin 40,7 faizi hüquqi şəxslərin, 59,3 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə 2020-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 2,8 dəfə azalaraq 31,4 milyon manat olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay