Balakən rayonu İsveçrənin məşhur Montre kurortu ilə bərabər tutulur - AÇIQLAMA
Balakən-Qəbələ rayonunu qış iqlim ehtiyatına görə, İsveçrənin məşhur Montre kurortu ilə müqayisə etmək olar.
Dövlət Turizm Agentliyindən Valyuta.az-a verilən məlumata görə, Balakənin iqlimi İtaliyada Siennanın, Zaqatalanın iqlimi Milanın, Şəkinin iqlimi Potensanın iqliminə çox oxşayır.
Qubanın iqlim göstəriciləri isə Kislovodskdan az fərqlənir. Lakin Balakən-Qəbələ rayonunun ancaq özünəməxsus olan, dünyanın başqa yerlərində təkrarı olmayan bir iqlim keyfiyyəti də diqqəti cəlb edir. Bu apreldən oktyabra qədər günəşli havaların, xüsusilə gecə buludlu havanın tez-tez təkrarlanmasıdır. Buna görə də rayonda yağıntıların xeyli hissəsi (40-60%) gecə düşür, gündüz isə hava açılır.
Əlverişli iqlim şəraiti olan Qəbələdə həm iqlim, həm də balneo-iqlim istirahət mərkəzi yaratmaq üçün imkanlar vardır. Bu imkanlardan hazırda geniş istifadə olunur. Bunu Qəbələdə yaradılmış istirahət kompleksi sübut edir.
Rövşən Ziya
Valyuta.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay