Ən aşağı temperatura malik mineral su mənbələri hansılardır? - AÇIQLAMA
Azərbaycanın mineral su mənbələrində temperatur 4-64° C təşkil edir.
Dövlət Turizm Agentliyindən Valyuta.az-a verilən məlumata görə, qarla örtülü Şahdağ, Xınalıq, Tufandağ yaxınlığında yerləşmiş mineral su mənbələri ən aşağı temperatura malikdir.
Azərbaycanda temperaturu daha yüksək olan mineral mənbələr Masallı rayonundakı Qotursu, Donuzütəndir. Mineral suların temperaturunun insan orqanizminə təsirini, müalicə məqsədilə yararlı olması və istifadəsini, mənbənin özünün təbii şəraitinin səciyyəsini nəzərə alaraq, bu sular temperatur göstəricilərinə görə CƏDVƏL 7-dəki kimi qruplaşdırılır.
Qeyd edək ki, Azərbaycanda tam və dadına görə fərqlənən mineral suların bir neçə növü var:
• turşsular – Badamlı (Babək), Slavyanka və Çayqarışan (Gədəbəy)
• acı sular – Acıbulaq (Ağstafa), Kizilvank (Babək)
• duzlu sular – Tuq (Şuşa)
• duzlu-acı sular – Alaşa (Masallı), Meşəsu və İbadisu (Lənkəran)
Mineral su mənbələri çox mürəkkəb duz və qaz tərkibinə malikdir. Məlumdur ki, təbiətdə bu və ya digər dərəcədə qaz komponentləri və qarışıq mineral maddələri olmayan su mənbələri yoxdur.
Rövşən Ziya
Valyuta.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay