Azərbaycanın müalicə-sağlamlıq xidmətlərindən nə qədər insan istifadə edir? – RƏSMİ
Azərbaycanda müalicə-sağlamlıq xidmətlərindən istifadə edənlərin sayı açıqlanıb.
Dövlət Turizm Agentliyindən Valyuta.az-a verilən məlumata görə, adıçəkilən xidmətlərdən istifadə edənlərin 200 min nəfərə yaxındır ki, bunun da 63,9 min nəfəri xarici turistlərdən, 68%-i isə ölkə vətəndaşlarından ibarətdir.
Ölkə vətəndaşları Həmkarlar Təşkilatının güzəştli yollayışlarından yararlanmaqla birlikdə fərdi sağlamlıq xidmətləri təklif edən müasir kurort mərkəzlərinə də gedirlər.
Ölkədə ənənəvi güzəştli yollayışlar (putyovka) əsasında sanatoriyaların müalicə xidmətlərindən istifadə olunması dövlət və özəl müəssisələrdə çalışanların Kurort Səhmdar Cəmiyyətinin tabeliyində olan müalicə-sağlamlıq müəssisələrindən istifadəsinə imkan verir.
Sağlamlıq turizmindən istifadə edən xarici turistlərin əsas hissəsi MDB məkanından gələn qonaqlardır. Bunlar arasında Rusiya, Qazaxıstan, Ukrayna, Belarus, Özbəkistan vətəndaşları Azərbaycandakı sağlamlıq turizm xidmətlərindən daha çox yararlanır.
Onlar müalicə-sağlamlıq xidmətlərinə üstünlük verməklə yanaşı, ənənəvi olaraq daha çox Naftalan kurortlarını seçirlər. Eyni zamanda, MDB ölkələrindən gələn qonaqların bir hissəsi “Qalaalti Hotel & Spa”, Duzdağ və Abşeron sanatoriyalarını seçirlər. Bu seqment üçün sağlamlığın bərpası əsas tələb olmaqla yanaşı, xidmətlərin sayı və keyfiyyəti də önəmli hesab edilir.
Rövşən Ziya
Valyuta.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay