Azərbaycandakı palçıq vulkanlarından müalicə məqsədi ilə istifadə oluna bilər - HESABAT
Azərbaycanda 350-dən çox palçıq vulkanı mənbələri var ki, bunların da kimyəvi və üzvi tərkibinin zənginliyi onların müalicə məqsədilə istifadə olunmasına imkan verir.
Valyuta.az xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin bu yaydığı hesabatda qeyd edilib.
Göstərilir ki, vulkan palçıqlarının hamısı müalicə məqsədilə istifadə oluna bilməz. Onların tərkibində üzvü birləşmələrin, yod, brom, hidrogen sulfidin, naftenlərin miqdarı çox olduqda müalicə üçün yararlı hesab edilir. Müalicəvi palçıq əsasən lil palçığı (Masazır və Zığ gölünün palçıqları) və təpə (vulkan) palçıqları hesab olunur.
Azərbaycanda 9 vulkanın müalicəvi tərkibinin təsdiq olunmasına baxmayaraq, onlardan müalicəvi məqsədlər üçün məhdud istifadə edilir. Masazır gölünün palçığı 40 il müddətində kurort müalicəsində geniş istifadə olunsa da, son 10 ildə göldə duz istehsal edildiyindən bu işlər həyata keçirilmir.
Bahar, Axtarma-Paşalı, Axtarma-Qaradağ, Masazır, Mişovdağ, Otmanbozdağ, Kənizdağ, Şorbulaq, Babazənən, Qaynarca, Perşkül, Daşgil – ümumilikdə, 40-a yaxın vulkan palçığının müalicəvi xüsusiyyətləri öyrənilib və biokimyəvi analizlərlə təsdiqini tapıb.
Ölkədə müalicəvi baxımdan ən çox öyrənilmiş Axtarma - Qaradağ, Daşgil, Bahar, Masazır, Babazənən, Qaynarca vulkan palçıqlarının tərkibində brom, yod, naften, bor və digər üzvü birləşmələrin çox olmasına görə Gürcüstanın palçıq kurortu olan Axtala mənbəyinə oxşardır, üzvi tərkibinə görə isə daha zəngindir. Eyni zamanda, Şimali Qafqazdakı Tabukan gölü və Krımdakı vulkan palçıqlarından müalicəvi təsirlərinə görə üstündür.
Rövşən Ziya
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay