Turizm
29.10.2024 / 07:22
Daha bir ölkə turist vergisinin tətbiqinə başlayır
58427
Noyabrın 1-dən Tunisdə yeni turist vergisi tətbiq ediləcək.
Report xarici mətbuata istinadən xəbər verir ki, yeni vergi turistləri otelin ulduz reytinqindən asılı olaraq gündə 1 avrodan 3,5 avroya qədər əlavə ödəməyə məcbur edəcək.
Məsələn, ikiulduzlu otellərdə ödəniş adambaşına gündə 1,18 avro, üçulduzlu otellərdə 2,36 avro, dörd və beşulduzlu otellərdə isə gündə 3,54 avro olacaq. Vergi 12 yaşdan yuxarı mütəşəkkil turistlərə şamil ediləcək.
Yığılan vəsaitin turizm sənayesi üçün xidmət və malların maliyyələşdirilməsinə yönəldilməsi planlaşdırılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay