BAKU Azərbaycan
8.03°C
  • USD
    1.7
  • EUR
    1.7969
  • RUB
    1.5741
  • TRY
    0.049
  • GBP
    2.1606
53004

Müsəlmanların seçimi olan "halal turizm” bu sektorda payını günü-gündən artırır. Hazırda dünya üzrə səyahət edən təxminən 150 milyon müsəlman turistin tətil seçimləri məhz halal sertifikatı ilə formalaşır. Bu sahə ərəb ölkələri ilə yanaşı, Malayziya, Bəhreyn, Misir və Türkiyədə sürətlə inkişaf etməkdədir. Türkiyədə ilk belə hotel 1995-ci ildə istifadəyə verilib. Təbii ki, "halal turizm”in inkişafı üçün müvafiq hotellərin olması zəruridir.

Azərbaycanda da beynəlxalq təcrübə əsasında "halal turizm” xidmətləri üzrə yeni dövlət standartının qəbul olunması gözlənilir. Yeni standartların təsdiq edilməsindən sonra turizm obyektlərinə "halal hotel” sertifikatı veriləcək.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli bildirib ki, Azərbaycan Standartlaşdırma İnstitutu halal turizm xidmətləri üzrə yeni dövlət standartı hazırlamaqdadır: "Bu il qəbul edilməsi nəzərdə tutulan standart Azərbaycanda turizmin inkişafına xüsusi töhfə verəcək. Belə ki, standartın əsas məqsədi İslam qaydalarına cavab verən turizm xidmətləri və məhsulları təqdim etmək, onun effektiv tətbiq yolu ilə halal turizm məhsul və xidmətlərini bütövlükdə qorumaq və müştəri məmnuniyyətini artırmaqdır”.

Maraqlıdır, "halal hotel”in əsas konsepti nədən ibarətdir? Bu istiqamətdə müvafiq standartların qəbul edilməsi yerli turizmə nə qazandıracaq?

"Halal hotel” nədir?

Qeyd edək ki, ilk "halal hotel” xristian dövləti olmasına baxmayaraq İngiltərədə istifadəyə verilib. Daha sonra Malayziya, Türkiyə, Səudiyyə Ərəbistanı, Sinqapurda bu tipli hotellər tikilməyə başlayıb. Hazırda "halal hotel” axtaranlar "Halalbooking”də xüsusi filtrləmə seçimlərindən istifadə edərək onlarla marşrut və hotel arasında seçim edirlər. Halal konseptdə işləyən hotellərdə müəyyən kriteriyalar mövcuddur. Bu hotellərdə mühafizəkar ailələrin bütün həssaslıqları nəzərə alınır. Hotelin quruluşu, eləcə də mətbəxi buna uyğun dizayn edilir. Məsələn, otaqlarda qibləni göstərən işarələr, "Qurani- Kərim” kitabı, namaz xalçaları, islami telekanalların olması əsas tələblərdən sayılır. "Halal hotel”də kişi və qadın hovuzları, gözəllik mərkəzi və fitnes ayrıdır. Bu hotellərdə yemək və içki konsepti halaldır. Menyuda donuz ətindən hazırlanmış təamlar və spirtli içkilər olmur. Əgər hotel dəniz kənarında yerləşirsə, həm kişilər, həm də qadınlar üçün ayrıca çimərliklər mövcud olur. Bəzən obyektlərdə çimərliklər qarışıq da istifadə edilir. Amma bu zaman qadınların xüsusi qapalı çimərlik geyimlərindən istifadə etməsi məcburidir. 

Statistik məlumatlara görə, bu gün dünyanın müxtəlif ölkələrində 350-dən çox "halal hotel” fəaliyyət göstərir. Onlardan 160-a yaxını Türkiyədə yerləşir. 2023-cü il Qlobal Müsəlman Səyahət İndeksinə görə, "halal turizmə” böyük sərmayə qoyan İndoneziya və Malayziya müsəlman səyahətçilər üçün dünyada ən yaxşı iki istiqamət sayılır. Digər İslam ölkələri, o cümlədən Türkiyə, Səudiyyə Ərəbistanı, Mərakeş, Oman xüsusilə gənc müsəlman turistlərin favoriti olmağa davam edir. İslam Əməkdaşlıq Təşkilatına üzv olmayan Yaponiya, Tailand, Tayvan, Cənubi Koreya və Filippin də müsəlmanlar üçün ən yaxşı səyahət yeri kimi seçilir. 

Proqnozlara əsasən, 2020-ci ildə dəyəri 220 milyard ABŞ dolları olan "halal turizm” sənayesinin qlobal iqtisadiyyata töhfəsi 2026-cı ilə qədər 35 faiz artaraq 300 milyard dollara çatacaq. Belə ki, dünya üzrə müsəlman ziyarətçilərin sayının 2026-cı ildə 230 milyona çatacağı və qlobal turistlərin 10 faizindən çoxunu təşkil edəcəyi gözlənilir. 

Turizm üzrə ekspert Ruslan Quliyev bildirib ki, hazırda həm yay, həm qış turizmi üçün "halal hotel” konsepti aktualdır. Onun sözlərinə görə, son illər dünya turizm bazarında "halal otel” konsepti xüsusi diqqət çəkir: "Dünyada "halal hotel”lərə böyük tələbat var. Bu konseptdə hotellərə hər yerdə rast gəlmək mümkün deyil. Belə hotelləri axtaran səyahətçilər bahalı turistlər sayıldığından bu sahədə mövcud olan gəlirlərdən hər bir ölkə pay götürməyə çalışır. Ona görə də dünyada "halal turizm” ilbəil inkişaf edir. İndiyədək bu istiqamətdə Azərbaycanda da müəyyən işlər görülürdü. Ancaq bu konseptdə tam uyğun olan hotel yox idi. Nəzərə almalıyıq ki, Azərbaycana gələn turistlərin böyük əksəriyyəti Körfəz ölkələrini əhatə edir. Düzdür, son illər ölkəyə gələn ərəb turislərin sayı azalıb. Biz bunun səbəblərini axtarmalıyıq. Bəlkə onlar elə Azərbaycanda halal konseptdə hotel olmadığından başqa bazarlara üz tutublar”.

Ekspert hesab edir ki, bu istiqamətdə yeni standartların hazırlanması təqdir olunmalıdır: "Güman edirik ki, bu addım növbəti ildə ölkəyə gələn turistlərin sayında müsbət dinamika yaradacaq. Sadəcə, sistemli iş aparılmalıdır”.

İqtisadçı-ekspert Eyyub Kərimli isə vurğulayıb ki, "halal hotel" standartına Azərbaycan bazarında da tələbat var. Çünki ölkəmizə İslam ölkələrindən xeyli sayda turistlər gəlir: "Bu sertifikatda hotellərin olması onların məmnuniyyəti üçün müsbət təsir göstərən amillərdəndir. Yəni, "halal hotel” sertifikatı ilə hotellər bu kateqoriyada turistlərin tələbatını qarşılayacaq. Nəticədə müsəlman ölkələrindən gələn turistlərin sayı daha da artacaq. Eyni zamanda, biz müsəlman ölkəsi olduğumuzdan belə hotellərə yerli turistlər də maraq göstərəcəklər. Bu isə turizm sektorunun ölkə istisadiyyatında payını əhəmiyyətli dərəcədə artıracaq”.

Turizm üzrə ekspert Rəhman Quliyev bildirib ki, Azərbaycanda "halal hotel”lərin fəaliyyəti həm regionlarda, həm də paytaxt ərazisində nəzərdə tutulub: "Ümumiyyətlə, istənilən hər hansı hotel də bu konseptə keçə bilər. Bu, Azərbaycana yeni müştəri portfeli yaradacaq. Hesab edirəm ki, dini konseptdə hotellər fəaliyyət göstərsə, yəni halal və alkoqolsuz qidalardan ibarət bufet və ayrı-ayrı hovuzlar mövcud olsa, xüsusi namaz otaqları ayrılsa, Azərbaycana yeni müştəri bazası yaradacaq”.

Mənbə: "Kaspi" qəzeti

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Sinqapur Mərkəzi Bankı "JPMorgan"ı 2,4 milyon cərimələyib

Süni intellektlə ölüm gününüzü proqnozlaşdıran yeni tətbiq

Vəzifə eyni, maaşlar fərqli - "Disney"də gender qalmaqalı

Yeni tendensiya: 2025-ci ildə 8000 mAh batareyaya malik smartfonlar bazara çıxacaq

"Sarens Azerbaijan" məhkəmə qarşısında

"Super Micro"nun daxili araşdırması şirkəti təmizə çıxardı - Səhmlər 25 faiz bahalaşdı

"Super Micro"nun daxili araşdırması şirkəti təmizə çıxardı - Səhmlər 25 faiz bahalaşdı

"Naspers"in mənfəəti ikiqat artıb

"Samsung"un 30 illik hakimiyyətinə son qoyulur? - Gecikmiş sərmayələr, azalan gəlirlər

Biləcəridə 3 Mərkəz və 1 İdman-sağlamlıq kompleksi tikiləcək

Sam Altman: "Tramp süni intellekt liderliyini qoruyacaq"

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı"ndan maddi ziyan tələbi

Veysəloğlu Şirkətlər Qrupu Naxçıvanda silsilə market açılışlarını davam etdirir

DGK "HZR Group"u inzibati məsuliyyətə cəlb edib

Gizli iqlim təhlükələrini tapmaq üçün süni intellekt proqramı yaradıldı

Azərbaycanda aylıq müavinət alanların çoxu əlillərdir - RƏSMİ

Bu ərazidə işıq olmayacaq

Xaricdən ərzaq məhsullarının alışı, satışını 40 dəfədən çox üstələyir - Rəsmi

Xaricdən ərzaq məhsullarının alışı, satışını 40 dəfədən çox üstələyir - Rəsmi

Ananas, avokado, qreypfrut: Ölkəyə neçəyə gətirilir, marketlər neçəyə satır? - Siyahı

10 milyonluq şirkətin təsisçisi müəssisədəki payını 1 milyon manat azaldır

Qarabağda işləmək istəyənlər üçün sevindirici xəbər

Silah istehsalçıları yarım trilyondan çox gəlir əldə edib

Avropada yeni nüvə layihələri niyə bu qədər bahadır? - HESABAT

Turistlərin Azərbaycanda ən çox pul xərclədiyi sahələr - Siyahı

Turistlərin Azərbaycanda ən çox pul xərclədiyi sahələr - Siyahı

"LES-R.H" məhkəmə qarşısında

Problemli kreditlər ən çox hansı rayonlardadır?

Humanitar yardım kimi gətirilən mallar hansı hallarda vergidən azad olunur?

Mərkəzi Bankın valyuta ehtiyatları 3 %-dən çox artıb

"Volkswagen" işçilərindən etiraz tətili - Şirkətə xəbərdarlıq edildi

"Volkswagen" işçilərindən etiraz tətili - Şirkətə xəbərdarlıq edildi

Yeni bələdiyyə sədrinin seçilməsi ilə bağlı qaydalar təsdiqləndi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin