Bayram günlərində Şuşaya 13 min turist səfər edib
Milli Qurtuluş Günü və Qurban bayramı ərəfəsində 4-5 gün ərzində Şuşaya 13 minə yaxın turist səfər edib.
Valyuta.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Şuşadakı xüsusi nümayəndəsi Aydın Kərimov Şuşada keçirilən “Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq" adlı tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, Şuşa şəhərinin iqtisadi profili daha çox xidmət və turizm sektoruna yönəlib: “Ötən ilin dekabrın 27-dən etibarən vətəndaşlar “yolumuzqarabaga.az” portalından qeydiyyatdan keçməklə şəxsi minik avtomobilləri ilə Şuşaya səfər etmək imkanı əldə edib. İlk vaxtlarda günlük 80 minik avtomobilin keçidinə icazə verilən portalda hazırda limit tətbiq edilmir. Bunun nəticəsində xüsusilə həftə sonları Şuşaya gələn turistlərin sayında nəzərə çarpacaq artım müşahidə olunur”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay