Bakıdakı ödənişli çimərliklərin qiymətləri
Çimərlik mövsümü başlayıb. Havaların istiləşməsi ilə insanlar istirahət etmək üçün çimərliklərə üz tuturlar. Ödənişsiz çimərliklərlə yanaşı, ödənişli çimərliklərdə, istirahət zonalarında da istirahətə gedənlərin sayı kifayət qədərdir. Bəs Bakıda yerləşən ödənişli çimərliklərin qiyməti neçə manatdır?
Valyuta.az bəzi ödənişli çimərliklərin qiymətini təqdim edir:
“Dalğa Beach”
Həftəiçi giriş 30 manat, həftəsonu isə 40 AZN təşkil edir. Əlavə dolab 10 manatdır.
0-6 yaş uşaqlar üçün ödənişsiz, 6-11 yaşlılar üçün giriş 15 manatdır. Qiymətə dəsmal, çimərlik, hovuzlar, şezlonq daxildir.
“Amburan Beach”
Həftəiçi giriş 25 manat, həftəsonları və bayram günləri 35 manat təşkil edir. Qiymətə dəsmal, çimərlik, hovuzlar, şezlonq daxildir.
9 yaşadək (boyu 135 sm-dək) uşaqlar üçün giriş pulsuzdur. Uşağın şəxsiyyətini təsdiq edən sənəd mütləq təqdim edilməlidir.
“My Beach Novxanı”
Həftəiçi giriş 20 manat, həftəsonu 25 manat təşkil edir. Qiymətə çətirli şezlonq, hovuz, akvapark, duş, dəsmal daxildir. 6 yaşadək uşaqlar üçün pulsuzdur. 7-12 yaş arası uşaqlar üçün 15 manatdır.
“Sea Breeze”
Sea Breeze-in ərazisində həm sakinlər, həm də Xəzər sahilinin bütün qonaqları üçün müxtəlif çimərlik kompleksləri mövcuddur.
Beach Club-a giriş haqqı 50 AZN-dir. 10 yaşa qədər uşaqlar pulsuz, 10-16 yaş arası - 20 AZN. Bu qiymətə çimərliyə giriş, üç hovuz və paltardəyişmə otaqları, dəsmal və şezlonqlar daxildir. Çimərlikdə rahat istirahət üçün müvafiq şərait yaradılıb.
Miami Beach-ə giriş 20 AZN-dir. Qiymətə çimərliyə giriş, 1000 nəfərlik böyük hovuz və paltardəyişmə otaqları, dəsmal və şezlonqlar daxildir. Çimərlik iyunun 29-da açılacaq.
Bundan başqa, iyunun 29-da daha bir çimərlik kompleksinin açılışı baş tutacaq. Yeni açılacaq Public Beach-ə giriş pulsuzdur. Yemək sahəsi və çimərlik çətirləri qonaqların ixtiyarında olacaq.
Yeri gəlmişkən, Sea Breeze-dəki bütün çimərlik komplekslərində fud-kortlar fəaliyyət göstərir.
“Casablanca Beach Mərdəkan”
Giriş 20 manat təşkil edir. 6 yaşa kimi uşaqlar üçün pulsuz, 6-10 yaş uşaqlar üçün 10 manatdır. Qiymətə dəniz və hovuzdan istifadə, günəş çarpayısı, duş, dəsmal daxildir.
“Spring Hotel”
Həftəiçi 5-12 yaşlar üçün giriş 15 manat, 12 yaşdan yuxarı olanlar üçün 20 manatdır. Həftəsonu isə 5-12 yaşlar üçün giriş 20 manat, 12 yaşdan yuxarı olanlar üçün 25 manatdır. Qiymətə, günəş çarpayısı, duş, dəsmal, şezlonq daxildir.
“Qum Bar Beach”
Giriş pulsuzdur, 4 nəfərlik üçbucaq formasında yerlər üçün 40 manat, 6 nəfərlik dördbucaq formasında yerlər üçün 50 manat ödəniş olunur.
“Glam Beach”
Giriş qiyməti 10 manatdır. Qiymətə yalnız besetka daxildir.
“Nar Şərab”da bir nəfər üçün qiymət həftəiçi 20, həftəsonu 25 manat, “Miracle Beach”da bir nəfər üçün qiymət 15 manat, “Mango Beach”da isə 25-30 manat arası dəyişir.
Eləcə də bax: Bakıda pulsuz çimərliklər - Bu avtobuslarla getmək olar (SİYAHI)
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay