2024-cü ilin turizm trendi: İnsanlar istirahət üçün hansı yerlərə üstünlük verirlər?
Yaz fəslinin ikinci ayını başa vurmaq üzrəyik. Havaların isinməsi ilə əlaqədar turizm sektorunda da canlanma müşahidə olunur. 2020-ci ildə başlayan koronovirus pandemiyası səbəbindən bu sektorda zəifləmə olub. Artıq pandemiya səngiyib. Bu il daha çox turist axınının olacağını düşünənlər var. İndidən yay tətili üçün hazırlıqlara başlayanlar da az deyil.
Bəs görəsən, turizm sektorunda vəziyyət necə olacaq? Turizmdə trendlər nələrdir?
Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən turizm məsələləri üzrə ekspert Ceyhun Aşurovun sözlərinə görə, 2024-cü il turizm sektorunda bərpa ili hesab olunur:
“COVID-19 pandemiyasından sonrakı dövrdə turizm sənayesinin bərpa olunacağı və əvvəlki göstəricilərə geri qayıdacağı gözlənilir. Çünki ötən ilki dünya göstəricilərində turizmin bərpası təxminən 95 faiz oldu. Və bu il o göstəriciləri də keçəcəyi gözlənilir”.
Ekspert qeyd edib ki, ölkəmizdə insanlar daha çox yaxın regionlara üz tuturlar:
“Yaşanmış qısa tarixdə COVID-19 ilə əlaqədar olaraq insanlar daha kiçik qruplarla tez-tez yaxın ərazilərə və regionlara səyahətlər edirlər. Dünyada da bu trenddir. Təbiət yaxın olan istirahət növləri daha cazibəli olur. İnsanlar da buna görə təbiətdə daha çox vaxt keçirməyə üstünlük verirlər.
Azərbaycanda da belədir. Regionlarda istirahət zamanı insanlar təbiətdə vaxt keçirməyi sevirlər. İnsanlar və dünya turisti asudə vaxtını dəyərləndirərək qısamüddətli də olsa, daha çox istirahət edərək vaxtını dəyərləndirməyə çalışır”.
C.Aşurov dünyada turizm xərclərinin artdığını əlavə edib:
“Əgər 3-4 il əvvəl turist başına düşən xərc təxminən 1000 dollar idisə, indi 1400-1500 dollardır. Müxtəlif səbəblərdən bu bahalaşma olub. Buna baxmayaraq, istirahətlərini edirlər. Artıq istirahət və səyahət etmək zərurət halını alıb. Tələbat da xeyli artıb”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay