Azərbaycan çinli turistlər üçün vizasız rejimin təmin olunması üzərində çalışır
Azərbaycan çinli turistlər üçün vizasız rejimin təmin olunması üzərində çalışır.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "China Global Television Network"a (CGTN) müsahibəsində deyib.
"Hazırda Çin vətəndaşları Bakıya gələndə viza ala bilirlər. Azərbaycan Çin vətəndaşları üçün vizasız rejimin təmin olunması üzərində çalışır. Ümid edirik ki, yaxın zamanda bu cür xoş xəbərlər olacaq. Azərbaycanda çinli turist, iş adamları və investorları görmək bizim üçün çox xoşdur. Ölkələrimiz arasında tarixi əlaqə mövcuddur", - o deyib.
H.Hacıyev turizmin insanlar arasında təmasların bir hissəsi olduğunu qeyd edib.
"Biz bunu Çin tərəfindən irəli sürülmüş qlobal inkişaf təşəbbüsünün bir hissəsi olaraq nəzərdən keçiririk. Bu həmçinin, "Bir kəmər, bir yol" (BRI) təşəbbüsünün bir hissəsidir, belə ki, BRI insanlar arasında təmaslarla bağlıdır, turizm isə buun əsas tərkib hissələrindən biridir", - o deyib.
Prezidentin köməkçisi Pekin və Bakı arasında birbaşa aviaəlaqənin olduğunu və Azərbaycanın Çinin müxtəlif şəhərlərinə çox sayda reyslərin açılmasına ümid etdiyini əlavə edib.
"İnsanlar arasında təmaslar da biznes üçün imkanlar yaradır", - o deyib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay