Turizm
25.02.2024 / 13:35
Avropanın ən yaxşı iki çimərliyi Türkiyədə yerləşir - Bəs digərləri?
42920
Səyahətçilər üçün “Tripadvisor” xidməti tədqiqat apararaq Avropanın ən yaxşı çimərliklərinin siyahısını tərtib edib.
Valyuta.az xəbər verir ki, ən yaxşı Avropa çimərlikləri arasında Türkiyənin iki çimərliyi yer alıb. Onlardan biri Muğla əyalətindəki Dalyan şəhəri yaxınlığında yerləşən İztuzu çimərliyidir. O, siyahıda 16-cı yerdədir.
İkincisi isə reytinq siyahısının 21-ci pilləsində qərarlaşan Antalyadakı məşhur Konyaaltı çimərliyidir.
Avropa çimərlikləri arasında liderlər üçlüyündə Portuqaliyanın Prayya-da-Faleziya, İtaliyanın Spyadja dey Konilyi və İspaniyanın La-Konça çimərlikləridir.
© Azərtac
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay