BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.7969
  • RUB
    1.5741
  • TRY
    0.049
  • GBP
    2.1606
42720

Novruz bayramı tətilinə sayılı günlər qalıb. Bayramla əlaqədar ardıcıl yeddi gün qeyri-iş günü olacaq. İstirahət günləri ilə bağlı turizm şirkətləri xüsusi turpaketlər hazırlayıb. Tətili bölgələrdə keçirmək istəyənlər indidən yerləri rezerv ediblər.

Turizm şirkətinin nümayəndəsi Fariz Bəşirov deyib ki, qiymətlər ötən ilə nisbətən bahadır. Onun sözlərinə görə, hotellər üçün qiymətlər fərqlidir. Hələlik standart paketlər təklif edilsə də, bayramqabağı qiymətlər artacaq. Bayramı xaricdə keçirmək istəyənlər də indidən rezerv ediblər.

Turizmçilər deyir ki, bu il xaricə üz tutanların sayında artım var. Buna səbəb bəzi loukosterlərin Azərbaycandan uçuş həyata keçirməsidir. Əvvəlcədən bilet bron edənlər 200 manata Roma, Budapeşt və digər yerlərə səyahət edə biləcəklər.

Qeyd edək ki, hər ötən il xüsusən bayram günlərində xarici ölkələrə səfər edənlərin sayında artım müşahidə olunur. Əksəriyyət istirahətini bölgələrdə keçirməyə üstünlük verir, imkanı olanlar isə xarici ölkələrə üz tuturlar. Xüsusən də xarici ölkələr üçün turpaketlərdə endirimlərin olması insanları daha çox cəlb edir. 

O ki qaldı bayram günlərində xarici ölkələrdən gələn turistlərin sayına, qeyd edək ki, ötən ilin mart ayında Azərbaycana daha çox Rusiya vətəndaşları səfər etmişdi. Belə ki, mart ayında ölkəmizə 43 min nəfər rus turist gəlmişdi. 2022-ci ildə isə bu rəqəm cəmi 18 min nəfər, yəni 2,4 dəfə az idi. 

Rusiyadan sonra ötən ilin mart ayında Azərbaycana ən çox insanın səfər etdiyi ikinci ölkə Türkiyə olub. Belə ki, Türkiyədən Azərbaycana səfər edənlərin sayı 30 min 400 nəfər olub. 2022-ci illə müqayisədə bu, 25 faiz artım deməkdir. 

Adətən Novruz bayramında Azərbaycana turistlər daha çox İrandan gəlirdi. Lakin ötən ilin martında İrandan cəmi 12 min nəfər turist Azərbaycana gəlib. 

Ümumilikdə isə ötən ilin mart ayında Azərbaycana 136 min 505 nəfər xarici ölkə vətəndaşı səfər edib. 

Onu da qeyd edək ki, bu il Ramazan ayı martın 11-dən start götürəcək. Ekspertlər qeyd edir ki, bu amil həm yerli turistlərin, həm də müsəlman ölkələrindən gələn turistlərin sayına qismən də olsa təsir göstərəcək. Çünki məlum məsələdir ki, adətən inanclı insanlar Ramazan ayı boyunca uzaq səfərlərə çıxmaqdan çəkinir, istirahətini daha çox öz evində qeyd etməyə çalışır. 

Bəs qarşıdan gələn Novruz bayramı günlərində vəziyyət necə olacaq? Qiymətlərdə ciddi artım gözlənilirmi?

Turizm eksperti Ceyhun Aşurov mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Məlum olduğu kimi, Novruz bayramı zamanı bir həftəyə yaxın qeyri-iş günü var. Hər zaman olduğu kimi, bu dəfə də istirahət günlərində əhalinin bir qismi regionlara üz tutacaq.  Əlbəttə ki, bu da təbii olaraq hotel, bölgələrdəki fərdi evlərin qiymətinə təsir edəcək.  Lakin biz eyni zamanda Doha, Səudiyyə Ərəbistanı, Dubaya və digər bəzi istiqamətlərdə sərfəli tur paketləri ilə bağlı reklamlar qarşılaşırıq. Artıq "AZAL" da qiymətlərin optimallaşdırılması ilə bağlı müəyyən siyasət yeridir. Həmçinin Gürcüstan, Türkiyə, xüsusən də İstanbul şəhəri istiqamətində sərfəli təkliflər edilir. Bu o deməkdir ki, bayram günlərində istirahət günlərini dəyərləndirmək üçün xaricə üz tutanların sayında artım olacaq.  Ümumiyyətlə, ildən-ilə xaricə getmə bazarının bərpa olunduğunu görürük. Məsələn, 2019-cu ildə Azərbaycandan 5 milyondan çox insan xaricə getmişdisə, 2022-2023-cü illərdə bu say təxminən 2 milyon aralığında olub. Baxmayaraq ki, xarici turizm bazarında da qiymətlərin qalxması var, amma burada əsas faktor nəqliyyatın, təyyarə biletlərinin qiymətidir. Hansı istiqamətə endirimlər tətbiq olunursa, daha çox o istiqamətə turistlər axın edir və xaricə getməyə ciddi təsir edir. Bu amil istər Azərbaycandan xaricə gedən, istərsə də xaricdən Azərbaycana gələnlərin sayına təsir edəcək. 

Lakin qeyd edim ki, Novruz bayramı ərəfəsi Ramazan ayına düşür. Məlum olduğu kimi, Ramazan ayında inanclı insanlar  müəyyən qədər səfərlərini təxirə salır. Yəni istənilən müsəlman ölkəsində, o cümlədən Azərbaycanda inanclı şəxslər daha çox öz məkanlarını tərk etmədən istirahət  etməyə çalışırlar. Bu faktor öz təsirini ciddi şəkildə göstərəcək. Mən düşünmürəm ki, ciddi qiymət artımı olacaq. Amma istənilən halda qiymət artımı mümkündür. 

Adətən əvvəlcədən bayram paketləri hazırlanır. Məsələn, artıq indidən Novruz bayramı paketləri satılır, istər xaricə, istərsə də daxili turistlər üçün. Turpaketlərini indidən alanlar üçün müəyyən endirimlər əldə etmək imkanı olur. Artıq bayram günlərində yerlər dolmuş olur və az miqdarda boş qalan yerlərin də qiymətləri daha baha olur.

O ki qaldı qiymətlərə, bu tam seçim məsələsidir. Məsələn, bir nəfərin bir günlük istirahəti əgər 200 manata başa gəlirsə, bir həftəlik xərc 1500 manat civarında olacaq. Əlbəttə ki, burada kənd evlərinin, villaların qiymətləri hotellərlə müqayisədə daha sərfəlidir. Tutaq ki, hotellərdə 4 nəfərlik bir ailə 2 otaq və yaxud  bir delux otaq götürmək məcburiyyətindədirsə, onun qiyməti səhər yeməyi və digər xidmət qiymətləri daxil, daha baha olur. Elə insanlar da var ki, qiymətlərin necəliyindən asılı olmayaraq, bölgələrdə hotellərdə qalmağa və yaxud xarici ölkələrə getməyə üstünlük verir. Kütləvi götürdükdə isə insanların əksəriyyəti ölkə daxilində  istirahət etməyə çalışır. Çünki qiymətlər nə qədər baha olsa da, uyğun qiymətə olan məkanları tapmaq olur". 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"ƏLİ-TEKSTİL"ə protokol tərtib olundu

Dünyada torpağın deqradasiyası hər il 1 milyon kvadrat kilometr artır

Möhtəşəm mənzərələr və orta əsr evləri - Avropada mükəmməl səyahət üçün bir ada...

Sinqapur Mərkəzi Bankı "JPMorgan"ı 2,4 milyon cərimələyib

Süni intellektlə ölüm gününüzü proqnozlaşdıran yeni tətbiq

Vəzifə eyni, maaşlar fərqli - "Disney"də gender qalmaqalı

Yeni tendensiya: 2025-ci ildə 8000 mAh batareyaya malik smartfonlar bazara çıxacaq

"Sarens Azerbaijan" məhkəmə qarşısında

"Super Micro"nun daxili araşdırması şirkəti təmizə çıxardı - Səhmlər 25 faiz bahalaşdı

"Super Micro"nun daxili araşdırması şirkəti təmizə çıxardı - Səhmlər 25 faiz bahalaşdı

"Naspers"in mənfəəti ikiqat artıb

"Samsung"un 30 illik hakimiyyətinə son qoyulur? - Gecikmiş sərmayələr, azalan gəlirlər

Biləcəridə 3 Mərkəz və 1 İdman-sağlamlıq kompleksi tikiləcək

Sam Altman: "Tramp süni intellekt liderliyini qoruyacaq"

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı"ndan maddi ziyan tələbi

Veysəloğlu Şirkətlər Qrupu Naxçıvanda silsilə market açılışlarını davam etdirir

DGK "HZR Group"u inzibati məsuliyyətə cəlb edib

Gizli iqlim təhlükələrini tapmaq üçün süni intellekt proqramı yaradıldı

Azərbaycanda aylıq müavinət alanların çoxu əlillərdir - RƏSMİ

Bu ərazidə işıq olmayacaq

Xaricdən ərzaq məhsullarının alışı, satışını 40 dəfədən çox üstələyir - Rəsmi

Xaricdən ərzaq məhsullarının alışı, satışını 40 dəfədən çox üstələyir - Rəsmi

Ananas, avokado, qreypfrut: Ölkəyə neçəyə gətirilir, marketlər neçəyə satır? - Siyahı

10 milyonluq şirkətin təsisçisi müəssisədəki payını 1 milyon manat azaldır

Qarabağda işləmək istəyənlər üçün sevindirici xəbər

Silah istehsalçıları yarım trilyondan çox gəlir əldə edib

Avropada yeni nüvə layihələri niyə bu qədər bahadır? - HESABAT

Turistlərin Azərbaycanda ən çox pul xərclədiyi sahələr - Siyahı

Turistlərin Azərbaycanda ən çox pul xərclədiyi sahələr - Siyahı

"LES-R.H" məhkəmə qarşısında

Problemli kreditlər ən çox hansı rayonlardadır?

Humanitar yardım kimi gətirilən mallar hansı hallarda vergidən azad olunur?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin