Turizm
15.02.2024 / 09:15
Türkiyənin bu şəhərləri “Ən yaxşılar” siyahısına düşdü
42302
Dünyanın ən yaxşı 100 şəhəri siyahısında Türkiyənin 3 şəhəri də yer alıb.
Valyuta.az xəbər verir ki, İngiltərənin “Euromonitor” tədqiqat şirkəti dünyanın ən yaxşı 100 şəhərinin siyahısını dərc edib.
Həmin siyahıda İstanbul 23-cü, Antalya 57-ci, Bodrum 93-cü yerdə qərarlaşıb.
Qeyd olunub ki, siyahıya daxil olan şəhərlər nəzərdən keçirilərkən iqtisadi, ticarət və turizm göstəriciləri olmaqla 55 fərqli meyar nəzərə alınıb.
Paris siyahının lideridir. İkinci yerdə Dubay, üçüncü yerdə Madrid, növbəti yerdə isə Tokio və Amsterdam qərarlaşıb.
©Qafqazinfo
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay