Azərbaycanda turizmi necə inkişaf etdirmək olar? (ŞƏRH)
"Turizmlə bağlı ilk olaraq vergi problemləri həll olunmalıdır".
Bunu Valyuta.az-a turizm eksperti Əziz Şiriyev ölkədə turizmə dövlət tərəfindən edilə biləcək dəstək haqqında danışarkən deyib.
Ekspert deyib ki, bu yaxınlarda mikrosahibkarla bağlı imzalanan qərarı bu sahəyə aid etmək olmaz:
"Bu qərar görə, bu ildən Azərbaycanda muzdlu işçilərinin orta aylıq sayı 3-dən az olan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olan mikro sahibkarlar gəlirlərindən 5 faiz yox, 20 faiz vergi ödəyəcəklər. Bu qərarı turizm sahəsinə aid etmək olmaz. Çünki o kiçik obyekt ola bilər, iki işçi ilə, ya bir işçi ilə işləyə bilir. Bundan əlavə bu sahədə olan güzəştlərin onların inkişafına necə təsir edə biləcəyinə baxılmalıdır”.
Əziz Şiriyev qeyd edib ki, bu sahədə açılan yeni şirkətlərin marifləndirilməsi ilə bağlı işlər görülə bilər:
"Məsələn, yeni şirkətlər açılır, sahibkar bu sahədə iş görmək istəyir, amma kifayət qədər məlumatlı deyil. Belə olan halda dövlət bu sahə ilə məşğul olan şəxslərə ödəniş edir, həmin şəxslərdə yeni yaranan və yaxud yaradılacaq şirkətlərə bu shaə ilə bağlı məlumatlar verir. Biz fikirləri kökləmişik Bakıya, amma regionlarda elə sahibkarlar var ki, bu işlərlə məşğul olmaq istəyir, amma bu sahə ilə bağlı savadı yoxdur. Bəzilərinin isə həm də maliyyə dəstəyinə ehtiyacı var. Bunlara hər yöndə dəstək olmaq lazımdır. Ekspertlərlə danışmaq, həmin şəxsləri maliyyələşdirmək vacibdir.
Ümumiyytlə regionlardakı turizm obyektlərində fəaliyyət göstərən şəxslərin bu sahədə maarifləndirilməsinə, təlimlərə cəlb edilməsinə çox ehtiyac var. Belə olan halda, regionlara daha çox turist cəlb etmək olar. Çünki onlar bu obyektləri canlandırmaq üçün Bakıdan işçi aparsa, onlara kifayət qədər məbləğdə maaş verməlidir, amma regionun özündə yaşayan şəxsə isə bu məkanlarda işləmək daha çox sərf edir. Orda həyat şərtləri həm Bakıdan ucuzdur, həm kirayə ev, nəqliyyat xərcləri kimi əlavə xərclər ödəmir. Ona görə də regionlarda mütəxəssis yetişdirilməsinə ehtiyac var. Bu məsələlər həll olunsa, gələcəkdə Azərbaycan turizm bazarı daha güclü olar”.
Davud
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay