Rusiya aviaşirkəti Moskvadan Gəncəyə reysləri bərpa etməyi planlaşdırır
“Ural Hava Yolları” aviaşirkəti Rusiya şəhərlərindən 20 beynəlxalq reysi, o cümlədən daha əvvəl ləğv edilən Moskva-Gəncə (Azərbaycan) aviareysini bərpa etmək niyyətindədir.
FED.az aviaşirkətə istinadla xəbər verir ki, artıq müvafiq materiallar beynəlxalq daşımaların yenidən başlanması üzrə qurumlararası komissiyaya təqdim olunub. Qurumlararası komissiyanın tərkibinə Rusiya Federasiyasının Nəqliyyat Nazirliyi və Hava Nəqliyyatı Federal Agentliyi (“Rosaviasiya”) daxildir.
Söhbət Moskvadan Gəncəyə (Azərbaycan), Sankt-Peterburqdan Dehliyə (Hindistan), Jukovsk və Soçi aeroportlarından İstanbul (Türkiyə) istiqamətlərinə reyslərdən gedir. Bundan başqa, şirkət Yekaterinburq, Jukovsk, Kazan, Sankt-Peterburq və Krasnoyarskdan Qazaxıstanın şəhərlərinə, eləcə də Yekaterinburq, Krasnoyarsk, Sankt-Peterburq, Mahaçqala, Mineralnıye Vodı və Nijni Novqoroddan Özbəkistanın şəhərlərinə bir neçə aviareysi bərpa etməyi planlaşdırır.
Daşıyıcının məlumatına görə, bu istiqamətə uçuşları 2024-cü ilin martından bərpa etmək nəzərdə tutulur.
2023-cü ilin sonunda təyyarə azlığı və lizinqli hava gəmiləri ilə bağlı problem ucbatından “Ural Hava Yolları”nın beynəlxalq istiqamətlərə bəzi uçuşları ləğv edilib. Bu istiqamətlərdə uçuşlar daşıyıcıdan alındıqdan sonra müvəqqəti olaraq digər aviaşirkətlərə ötürülüb. (Azərtac)
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay