Turizm polisinin yaradılmasına ehtiyac varmı?
Mətbuata açıqlamasında "Azərbaycan Turizm Blogerləri Assosiasiyası” (ATBA) İctimai Birliyinin İdarə Heyətinin üzvü Mirsəməd Cəfərli təklif edib ki, Azərbaycanda turizm polisi yaradılsın.
"Bir çox xarici ölkələrdə - Malayziya, Tailand, hətta Özbəkistanda turizm polisi fəaliyyət göstərir. Yaxşı olardı ki, Azərbaycanda da turizm polisi yaradılsın”, - deyə o qeyd edib.
Valyuta.az-a açıqlamasında sabiq polis polkovniki Mahmud Hacıyev bildirir ki, Azərbaycanda turizm polisinin yaradılmasına müsbət yanaşmır:
“Azərbayana çoxsaylı turistlər daxil olur. Onların hər hansı bir qəbahət əməllərinə görə hüquq mühafizə orqanları öz ərazilərinə görə, onsuz da ölçü götürəcəkdir. Belə olan halda, turizm polisinin yaradılmasına nə ehtiyac var ki? Xarici ölkələrdə turizm polisinin nədən yaradıldığını deyə bilmərəm, amma ölkəmizdə buna lüzum yoxdur. Mövcud polis orqanları bu işin öhdəsindən onsuz da gəlir və lazımi ölçü götürürlər”.
Ramiz
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay