Azərbaycan üçün ən uğurlu turistik aylar hansılardır? (AÇIQLAMA)
2024-cü ildə tətil üçün ən yaxşı aylar açıqlanıb. Ekspertlər iyul, avqust və oktyabrı tətil üçün ən sərfəli aylar adlandırıblar.
Bəs Azərbaycanda turizm üçün ən uğurlu aylar hansıdır?
Bu barədə Valyuta.az-a danışan turizm məsələləri üzrə ekspert Əziz Şiriyev deyib ki, ölkədə turizm üçün uyğun ayların olması əvvəllər var idi. Amma son dövrlərdə turizmdə mövsümliliyin aradan qaldırılması üçün çox işlər görülüb:
“Turizm ayları may ayından başlayır, sentyabr ayının ortalarına qədər davam edir”.
Ekspert qeyd edib ki, turizm sektorunda il boyu eyni tempdə işləmək doğru deyil. Bu zaman yeni yaranan imkanları əldən verirsən:
“Məsələn, insan hər gün səhər 8 dən-gecə 12-yə qədər həftə sonu da işləsə imkanı olmaz ki, əlinə düşən başqa şansları dəyərləndirə bilməz, ailəsinə, şəxsi imkanına zaman ayıra bilməz.
Əvvəl bizdə turizm mövsümü olsa da, indi yay turizmi bitib qış turizmi gələnə qədər ölkədə bir neçə turistik festivallar keçirildi. Balakəndə, Şamaxadı, Biləsuvarda, Göyçayda və festivallar keçirildi.
Bu gün ölkəmizdə aqroturizm inkişaf edir. Bu turizm növü mətbəximizi, milli dəyərlərimiz, adətlərimizi özündə cəmləşdirir. Qəbələ, Qax, Zaqatalada, Şəkidə aqroturizm inkişaf edib”.
“Turizmin gözəlliyi gərgin işin olmamasıdır. Burda aşağı mövsüm, yuxarı mövsüm də olmalıdır. Amma indi getdikcə bu gərginlik artmaqda, mövsümlülük aradan qalxmaqdadır. Turizmdə isə məhsuldar işləmək çox önəmlidir”- deyə ekspert əlavə edib.
Davud
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay