Xarici turistlərin azad edilmiş ərazilərə səfərə marağı necədir?
Bakı-Şuşa istiqamətinə turist turlarında bundan sonra xarici vətəndaşların da iştirakına şərait yaradılır və turlarda iştirak üçün yerli və xarici turistlər istənilən turizm şirkətinə müraciət edə bilərlər.
Bəs, xarici vətəndaşların azad edilmiş ərazilərə səfərə marağı necədir?
Məsələ ilə bağlı turizm üzrə ekspert Rəhman Quliyev bildirib ki, azad edilən torpaqlara səfər etmək istəyən əcnəbilərin sayı çoxdur
"Artıq müraciətlər gəlməyə başlayıb. Xüsusilə Qarabağa səfər etmək üçün Asiya ölkələrindən olan turistlər can atır. Onlar burada düşmənlərimiz tərəfindən dağıdılan yerləri öz gözləriylə görmək istəyir. Biz bunu daha da sürətləndirməliyik. Ümumiyyətlə xarici turistlərin azad edilmiş torpaqlara səfər etməsində hədəflər müxtəlifdir. Birinci turistlər erməni vandalizminin şahidi olur. Eyni zamanda onların bu ərazilərə investisiya yatırmağına təşfiq edir.
Ekspert qeyd edib ki, işğaldan azad edilən torpaqlarda böyük turizm potensialı var.
"İşğaldan azad olunan torpaqlarda tikilən və tikilməkdə olan aerport da ərazilərin turizm potensialını artıracaq. Bu hava limanları qarşılıqlı turizm axınına böyük təkan verəcək. Belə ki, bu hava limanlarının beynəlxalq statusa malik olması bütün dünyadan qarşılıqlı müqavilə əsasında aviaşirkətlərin birbaşa həmin aeroportlara enib-qalxmasına münbit şərait yaradacaq.Azad olunan torpaqlarda çirklənmiş ərazilər minalardan və partlamamış sursatlardan təmizlənir. Bununla paralel ərazilərə köç davam edir. İnfrasrtruktur yüksək səviyyədə qurulur", - deyə o, qeyd edib.
© Trend
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay