Nazir: Qarabağ və Şərqi Zəngəzurda sağlamlıq turizmi üçün unikal şərait var
Sağlamlıq turizminin inkişafı kompleks tədbirlərdən asılı olduğundan Səhiyyə Nazirliyi tərəfindən bu sahədəki aidiyyəti dövlət qurumları ilə fəal iş aparılır.
Valyuta.az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş "Azərbaycan-Türkiyə İnvestisiya Forumu"nun panel çıxışı zamanı deyib.
O qeyd edib ki, Dövlət Turizm Agentliyi ilə birlikdə Naftalan neftinin sağlamlıq turizminin inkişafında rolunun artırılması ilə bağlı layihə üzərində işlər davam etdirilir.
Nazir işğaldan azad olunmuş ərazilərdə bərpa quruculuq işləri zamanı turizm infrastrukturunun inkişafı istiqamətində işlərin görüldüyünə diqqət çəkib: "Qarabağ və Şərqi Zəngəzurdakı mövcud təbii ehtiyatlar, iqlim şəraiti sağlamlıq turizminin inkişafı üçün unikal şərait yaradır".
© APA
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay