Qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 49% artıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi illik müqayisədə 49,4 % artaraq 2 milyard ABŞ dolları təşkil edib.
Valyuta.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat verilib.
Hesabat dövründə turizm xidmətləri üzrə ixracın (1,1 milyard dollar) idxalı (0,9 milyard dollar) üstələməsi nəticəsində 200 milyon ABŞ dolları profisit yaranıb. Bu dövrdə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 24,7% , Azərbaycana gələn xarici vətəndaşların sayı isə 32,1 % artıb.
9 ay ərzində xarici ölkələrin Azərbaycan rezidentlərinə göstərdiyi turizm xidmətlərinin dəyəri 900 milyon ABŞ dolları olub. Bunun 73,8 %-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı olub (məkik idxal üçün vəsaitlər istisna olmaqla).
Son 1 ildə qeyri-neft sektoru üzrə qeyri-rezidentlərə göstərilən tikinti xidmətlərinin dəyəri 14,1 % azalaraq 28,2 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə qeyri-rezidentlərə ödənilən digər işgüzar xidmətlərin dəyəri isə 26,6 % artaraq 900 milyon ABŞ dolları olub.
© Report
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay