Turizm
14.12.2023 / 13:57
Kəlbəcərdə turizm və rekreasiya zonaları yaradılacaq
38649
Kəlbəcər rayonunda 5 yerdə turizm və rekreasiya zonalarının yaradılması nəzərdə tutulur.
Valyuta.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin Mədəni irs və regional turizm şöbəsinin Regional turizmin idarə edilməsi sektorunun müdiri Elgün Cavadov Ağdam şəhərində keçirilən “İşğaldan azad olunmuş ərazilərdə turizmin bərpası və inkişafı” mövzusunda elmi-praktiki konfransda bildirib.
Onun sözlərinə görə, həmin zonalar Vəng, İstisu, Zülfüqarlı, Sultan-Heydər və Dəmirçidam adlı ərazilərdə təşkil ediləcək.
"Xocavəndə Hadrut, Ağbulaq, Tuğ və Böyük Tağlar, Zəngilanda Qaragöz, Qubadlıda isə eyni adlı turizm və rekreasiya zonaları olacaq", - deyə E.Cavadov əlavə edib.
© Report
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay