Dünyanın ən nazik otelində bir gecəlik ödəniş nə qədərdir?
İndoneziyada yerləşən dünyanın ən nazik otelinin eni təxminən 2,8 metrdir.
Valyuta.az xəbər verir ki, "PituRooms" adlı otelin memarı Ari İndra, binanı Mərkəzi Yava əyalətinin Salatiqa şəhərində, qəribə ölçülərinə görə heç kimin almaq istəmədiyi bir ərazidə tikdiklərini söylədi. ABŞ-ın tanınmış media qurumlarından biri olan CNN-ə danışan memar 5 mərtəbəli oteldə 7 otaq olduğunu bildirib.
Sahabat Seloqene memarlıq firmasının qurucusu İndra, hər otaqda iki nəfərlik çarpayı, duş, tualet və kiçik vanna otağı olduğunu söylədi. İndoneziyalı rəssamların və interyer dizaynerlərinin hazırladığı otaqların özünəməxsus dizayna sahib olduğunu bildirən İndra, bura gələnlərin Salatiqada yeni bir şəkildə yaşamasını istədiyini deyib.
Oteli qurduğu komanda ilə idarə etdiyini bildirən memar, paytaxt Cakartadan təxminən 480 kilometr cənub-şərqdə yerləşən Salatiqaya daha çox insan cəlb etmək istədiklərini bildirib.
2022-ci ilin dekabrında istifadəyə verilən oteldə əsasən İndoneziyalıların qaldığını ifadə edən İndra, bu sektorda anlayışa yeni bir perspektiv gətirdiklərini və bunun ən yaxşı otel olduğunu söyləyib.
"PituRooms"da bir gecəlik qalmaq üçün 850 min İndoneziya rupisi (54 dollar) ödəmək lazım gəlir. Otelin daha lüks otaqlarında qalmaq istəyənlər isə 900 min İndoneziya rupisi (57 dollar) ödəmək məcburiyyətindədir.
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay