"İşğaldan azad olunan ərazilərdə qarşıda dayanan əsas məqsəd..." - Emin Hüseynov
Keçmiş məcburi köçkünlərin həsrətində olduqları doğma torpaqlarımıza qayıdışı, həm onların yaşayış şəraiti, həm də işlə təmin olunmaları Prezident İlham Əliyev tərəfindən qarşımıza qoyulan ən önəmli vəzifədir. Bu tapşırığın yüksək səviyyədə gerçəkləşməsi üçün bütün imkanlardan səmərəli istifadə olunur.
Valyutga.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Qarabağ üzrə xüsusi nümayəndəsi Emin Hüseynov "Xalq qəzeti”nə müsahibəsində bildirib.
"Əsas məqsəd isə işğaldan azad olunmuş ərazilərdə bərpa və reabilitasiya prosesinin ilk mərhələsində Füzuli və Ağdamda iki şəhər mərkəzinin və 32 kəndin yenidən qurulması, həmçinin Hadrut, Suqovuşan və Tuğda turizmin inkişafı istiqamətində nəzərdə tutulan layihələrin yüksək keyfiyyətlə, eyni zamanda nəzərdə tutulan vaxtda həyata keçirilməsidir", - deyə o bildirib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay