Yeni il ərəfəsi əl yandıran hotel qiymətləri (VİDEO)
2023-cü ilin astanasındayıq. Yeni ili qarşılamaq üçün artıq planlar cızılır.
Bölgələrə qar yağdığını nəzərə alsaq, paytaxt sakinlərinin əksəriyyəti rayonlara üz tutmaq istəyirlər. Lakin bu, o qədər də asan deyil. Şaxta baba demiş, qarlı dağları aşmaq, çox yerləri dolaşmaq üçün xeyli vəsait lazımdır.
Paytaxt sakinləri qiymətlərin baha olması səbəbindən büdcələrinin bayramı rayonda qeyd etməyə imkan vermədiyini qeyd edirlər.
Qiymət artımlarına baxmayaraq, bölgələrdəki 5 ulduzlu hotellərdə, demək olar, boş otaqlar qalmayıb. Hotellərin rəsmi səhifələrində 2-3 günlük qiymətlər 750-800 manat arasında dəyişsə də, reallıq tamamilə fərqlidir.
Mütəxəssislər isə bildirirlər ki, bayramqabağı qiymət artımı normal haldır. Bunun da tutarlı səbəbləri var.
Turizm eksperti Rəhman Quliyevin sözlərinə görə, qiymət artımına səbəb quru sərhədlərinin bağlı olması ilə əlaqədar bölgələrdəki hotellərə tələbatın artmasıdır.
Ətraflı Baku TV-nin süjetini təqdim edirik:
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay