Ermənistan Azərbaycan turizminə nə qədər ziyan vurub? - Məbləğ açıqlandı
Azərbaycanın mehmanxana (hotel) və mehmanxana tipli obyektlərinin 11,6 %-i məhz 30 il ərzində Ermənistanın işğalı altında qalmış ərazilərdə yerləşib.
Bu, “Report”un sorğusuna cavab olaraq Dövlət Turizm Agentliyindən bildirilib.
Bundan başqa, qurum bəyan edib ki, ölkə turistlərin gecələmələrinin 11,1%-i işğal altında qalmış ərazilərin payına düşüb.
“Bunu nəzərə alaraq, rəsmi açıqlanan və ehtimal edilən göstəricilərin qiymətləndirmələrinə əsasən ölkə ərazsinin 20%-nin 30 il müddətində işğal altında qalması nəticəsində həmin ərazilərə 33 milyon turist səfər edə bilməyib. Eyni zamanda turizm üçün xarakterik sahələrdə ÜDM istehsalı üzrə zərər 5 milyard ABŞ dollarından artıq olub”, - deyə açıqlamada qeyd olunub.
Azərbaycan 2020-ci ilin payızında 44 günlük Vətən Müharibəsi nəticəsində torpaqlarını işğaldan azad edib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay