Turizm
16.03.2022 / 12:06
Hoteldə cütlükdən nikah sənədi tələb edilə bilər? (AÇIQLAMA)
20671
Azərbaycanda bəzi hotellərə nikah şəhadətnaməsi olmayan cütlükləri buraxmırlar.
Bu, nə qədər qanunidir?
Məsələ ilə bağlı Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri, Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndi Trend-ə bildirib ki, qanunvericiliyə görə, vətəndaşlar hotel və istirahət mərkəzlərinə yerləşən zaman nikah kağızı təqdim etməyə borclu deyil.
"Uzun illərdir ki, bir çox hotellər cütlüklərdən hotellərdə yerləşməsi üçün nikah kağızını tələb edir. Bunun heç bir hüquqi əsası yoxdur. Maraqlıdır ki, bu qayda ancaq yerli vətəndaşlara tətbiq edilir. Xarici vətəndaşlardan nikah sənədi istənilmir. Biz bunu illərdir ki, müşahidə edirik," - deyə S.Dübəndi bildirib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay