Azərbaycanda şərab turizminin inkişafı ilə bağlı işlər görülür
İter Vitis Qafqaz marşrutunun həyata keçirilməsi istiqamətində işlər aparılır.
Valyuta.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Dövlət Turizm Agentliyinin sektor müdiri Azərbaycan Turizm Bürosunun Turizm məhsulunun inkişafı şöbəsinin direktoru Şərifə Həsənova deyib.
O bildirib ki, şərabçılıqla bağlı olan bu marşrut Rusiyanın Krasnadar vilayətindən başlayır, Azərbaycan ərazisinə keçir və Gürcüstanda başa çatır:
"Hazırda ölkədə 15-də çox şərab zavodu fəaliyyət göstərir və ən müasir texnologiyalarla şərab hazırlanır. Azərbaycanda bu marşrut Bakıda start götürür, Şamaxı, İsmayıllı, Qəbələ, Şəki, Gəncə və Tovuzu əhatə edir. Biz bunu bir qədər də uzadaraq, Balakəni də marşruta daxil edəcəyik. İter Vitis Qafqaz marşrutu üzrə Gürcüstanla danışıqlar aparılır. Biz öz təkliflərimizi hazırlamışıq, Gürcüstan da təkliflərini hazırladıqdan sonra birləşmiş versiyanı təqdim edəcəyik. Bu, Qafqaz üçün yenilikdir, çünki birləşmiş marşrutlar hələ ki, yoxdur. Azərbaycan-Gürcüstan-Ermənistanı əhatə edən ümumi mədəni marşrutlar təklif olunur, lakin belə tematik marşrut indiyə kimi olmayıb. Ona görə də bu, yeni və innovativ marşrutdur".
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay